“Azercell” növbəti dəfə “TEDx Bakı-2015” konfransına dəstək olub
Bakı, 20 aprel,
AZƏRTACAzərbaycanın mobil operatoru “Azercell Telekom” sosial layihələr çərçivəsində Bakıda keçirilən TEDxBakı “Yaddaş” tədbirinə dəstək olub.
Şirkətdən
AZƏRTAC-a bildirilib ki, Azərbaycanda keçirilən bu ilki TEDxBakı konfransına 200-dən artıq iştirakçı qatılıb. Mövzusu "Yaddaş" olan tədbirdə müştəri təcrübəsi mövzusunda maraqlı təqdimat nümayiş olunub.
Otuz ildir ki, dünya alimlərini, siyasətçilərini, sahibkarlarını, mədəniyyət xadimlərini və onlarla digər ixtisas sahiblərini bir arada birləşdirən TED (Texnologiya, Əyləncə, Dizayn) adlı konfrans ilk dəfə 1984-cü ildə baş tutub. İlk TED konfransında yenicə buraxılmış "Macintosh" kompyuteri, "Sony" istehsalı olan kompakt-disk təqdim olunub, süni intellekt və s. bu kimi hazırda geniş tətbiq olunan fikirlər üzrə çıxışlar olub. Bugünə qədər TED səhnəsində ABŞ-ın keçmiş prezidenti Bill Klinton, “Nobel” mükafatçısı Ceyms Vatson, “Microsoft”dan Bill Geyts, “Google”dan Erik Şmidt kimi spikerlər çıxış edib.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət olunmalıdır.