Ölkə

Azərbaycanlıların soyqırımı Moskvada (VİDEO)

Metbuat.az

31 Mart Azərbaycanın soyqırımı günü Rusiyanın paytaxtı Moskvada da qeyd olunub.


ANS TV-nin məlumatına görə, Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən tədbirdə Moskvadakı Azərbaycan icmasının nümayəndələri, Rusiyanın elm və ictimai xadimləri, Moskva Ali məktəblərinin tələbələri iştirak edib.



Tədbiri açan səfir Polad Bülbüloğlu soyqırım qurbanlarını xatırlamaq və 1918 ci ilin dəhşətli hadisələrini hafizələrdə canlandırmaq məqsədi ilə tanınmış tarixçi Solmaz Tohidini yeni kitabın təqdimatı üçün Moskvaya dəvət etdiklərini bildirib. Daha sonra tarixçi “1918-ci ilin martı. Bakı. Azərbaycanlıların qırğını sənədlərdə” adlı kitabı ilə bağlı qonaqlara ətraflı məlumat verib. Üç il ərzində ərsəyə gətirdiyi kitabdan danışan Solmaz Tohidi bədnam qonşularımızın “soyqırım” siyasətlərini bütün dünyaya bəyan etməyə çalışdığı bir dönəmdə ermənilərin 1918-ci ildə Bakı, Quba, Şamaxı və Azərbaycanın digər bölgələrində törətdikləri vəhşiliklərin tarixi faktlarla göstərilməsinin vacibliyinə diqqət çəkib.



“Rusiyada rus auditoriyası qarşısında yeni açılan sənədləri ortalığa qoymaqla bu məsələni həmişə gündəmdə saxlamaq lazımdır. Və yalnız bu yolla o hadisələrin həqiqi və düzgün təsvirinin yalnız Azərbaycan tərəfindən deyil, həm də geniş dünya ictimaiyyəti tərəfindən qəbul olunmasına nail olmaq mümkündür”.



Mənbə
ANS-TV