Ölkə

Azərbaycanlı və gürcüstanlı gənclər könüllülük məktəbinin yaradılmasını müzakirə ediblər

Metbuat.az

Gəncə, 13 aprel,

AZƏRTAC

Gəncədəki “Odlar Yurdu” Gənclər İctimai Birliyinin üzvləri Gürcüstanda işgüzar səfərdə olublar.


AZƏRTAC

xəbər verir ki, birliyin üzvləri Tbilisidə Mirzə Fətəli Axundovun ev-muzeyinə baxdıqdan sonra Marneuliyə gəliblər. Burada ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.


Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan və Gürcüstan gəncliyi dünən və bu gün” mövzusunda keçirilən görüşdə çıxış edən “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova Azərbaycanda gənclər siyasəti sahəsində qazanılan uğurlardan, eləcə də Azərbaycan-Gürcüstan gəncləri arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilməsi vacib olan məsələlərdən danışıb. Görüşdə Bakı-2015 ilk Avropa Oyunları ilə əlaqədar görülən hazırlıq işlərindən də ətraflı söhbət açılıb.


Sonra azərbaycanlı gənclərlə gürcüstanlı gənclər arasında könüllülük məktəbinin yaradılması, bu sahədə onların maarifləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Görüşün sonunda “Odlar Yurdu” Gənclər İctimai Birliyi ilə Gürcüstandakı Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.