İqtisadiyyat

Azərbaycanlı milyarder: "Onu satmaq fikrimiz yoxdur"

Metbuat.az
“Palmali” Şirkətlər Qrupu “Şövkət Ələkbərova” tankerini satmaq niyyətində deyil
Trend

-in məlumatına görə, bunu “Hürriyyet”ə açıqlamasında şirkətlər qrupunun prezidenti, azərbaycanlı iş adamı

Mübariz Mənsimov

bildirib.



M.Mənsimov bu tankerin satılacağı barədə bəzi KİV-lərdə yayılan məlumatları şərh edərkən qeyd edib ki, “Şövkət Ələkbərova” ən yeni tankerlərdən biridir və “Palmali” rəhbərliyinin onu satmaq fikri yoxdur.



2014-cü ildə istismara verilən “Şövkət Ələkbərova” tankerinin yükqaldırma potensialı 7 min tondur.



“Palmali”nin gəmi və tankerləri Aralıq dənizi, Xəzər dənizi və Qara dəniz hövzələrində, xüsusilə də “SOCAR” və Lukoyl” kimi neft şirkətlərinə aid yüklərin daşınması ilə məşğul olur.



Milli.Az