Texnologiya

Azərbaycanla Belarus informasiya texnologiyaları sahəsində birgə müəssisələrin yaradılmasını müzakirə edib

Metbuat.az

Bakı. 1 aprel. REPORT.AZ/ "Biz səfər zamanı Azərbaycanın

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

nin nümayəndələri ilə ətraflı müzakirələr keçirdik. Səfərdə əməkdaşlığın müxtəlif aspektləri, əldə etdiyimiz nəticələr və gələcək perspektivlər müzakirə mövzusu olub".


"Report" xəbər verir ki, bunu Belarusun rabitə və informasiyalaşdırma naziri Serqey Popkov Bakıya jurnalistlərə səfərinin məqsədini açıqlayarkən bildirib.


Onun sözlərinə görə, ilk növbədə informasiya texnologiyaları sahəsində birgə müəssisələrin yaradılması imkanları nəzərdən keçirilib: "Eyni zamanda, peyk rabitəsinin yaradılması müzakirə edildi. Bundan başqa, Azərbaycan və Belarus Yüksək Texnologiyalar Parklarının əməkdaşlığı nəzərdən keçirilib".