Ölkə

Azərbaycanın xarici işlər naziri Qazaxıstanın yeni səfiri ilə görüşüb

Metbuat.az

Bakı, 13 aprel,

AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri Beybit İsabayev ilə görüşüb.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildirilib ki, səfir etimadnaməsinin surətini nazirə təqdim edib.


Beybit İsabayev diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.


Elmar Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.