Texnologiya
Milli.Az
Azərbaycanın mobil rabitə operatorlarında yoxlama
Azərbaycanda mobil rabitə operatorlarının ("Bakcell", "Azercell" və "Azerfon") göstərdiyi xidmətlərin keyfiyyətinin yoxlanılmasına başlanılıb. Bunu
Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən deyiblər.
Monitorinq mayın sonunadək davam edəcək və Bakının mərkəzi rayonlarını və ətraf ərazilərini əhatə edəcək.
Monitorinq zamanı hər üç mobil operatorun göstərdiyi səs və məlumat ötürmə xidmətlərinin keyfiyyəti yoxlanılacaq.
Operatorların göstərdiyi xidmətlərin keyfiyyətinin yoxlanılması üçün ABŞ şirkəti cəlb edilib.
Milli.Az