İqtisadiyyat
Azərbaycanın görkəmli pedaqoqu və elm xadimi ilə bağlı poçt markası nəşr olunub
Bakı, 3 aprel,
AZƏRTACRabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” sirkəti daha bir poçt markası çap etdirib.
Nazirlikdən
AZƏRTAC-a bildirilib ki, növbəti marka Azərbaycanın görkəmli pedaqoqu və elm xadimi Əziz Şərifə həsr olunub. Poçt markasının üzərində Ə.Şərifin şəkli təsvir edilib. Markanın nominal dəyəri 50 qəpikdir.
Qeyd edək ki, Əziz Şərif çox sayda məqalələrin, elmi əsərlərin, tənqidi-bioqrafik oçerk və monoqrafiyaların müəllifidir.