İqtisadiyyat
Azərbaycanın energetika naziri Türkiyədə rəsmi səfərdədir
Bakı. 1 aprel. REPORT.AZ/ Petkim şirkətinin 50 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etmək məqsədi ilə Azərbaycanın energetika naziri
Natiq Əliyevİstanbula rəsmi səfərə gedib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, "Petkim-Petrokimya Holdinq" in təməli 1965-ci ildə Türkiyənin Yarımca şəhərində qoyulub. 1984-cü ildə bu qurum İzmir şəhərinin Əliağa qəsəbəsində ikinci kompleksini qurub və 2008-ci ildə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (
SOCAR) Türkiyənin "TURKAS" şirkəti ilə birlikdə "Petkim-Petrokimya Holdinq"ə məxsus Neft-Kimya Zavodunun 51 faizinə yiyələnib. Holdinqin 11 zavodunda 50 növdən çox neft-kimya xammalı hazırlanır.