İqtisadiyyat

Azərbaycanın energetika naziri Dünya İqtisadi Forumunda iştirak edir

Metbuat.az

Bakı, 20 aprel,

AZƏRTAC

Azərbaycanın energetika naziri Natiq Əliyev İndoneziyanın paytaxtı Cakartada keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək məqsədi ilə bu ölkədə rəsmi səfərdədir.


Bu barədə

AZƏRTAC

-a Energetika Nazirliyindən məlumat verilib.


Dünya İqtisadi Forumunda 40 ölkədən 700-dək nümayəndə iştirak edir. Dünyanın ən böyük şirkətlərinin rəhbərlərinin də iştirak etdiyi Forumda enerji təhlükəsizliyi, kənd təsərrüfatı, qida bazarları, ticarət və yüksək texnologiyalar mövzusunda müzakirələr aparılacaq.