İqtisadiyyat
Azərbaycanda üzərində dünyanın ilk poçt markasının əks olunduğu marka dövriyyəyə buraxılıb - FOTO
[ 02 Aprel 2015 16:51 ]
Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” şirkəti dünyada ilk poçt markasının buraxılmasının 175 illiyi münasibəti ilə poçt markası nəşr etdirib.
Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, markanın nominal dəyəri 0,20 manat təşkil edir.
Qeyd edək ki, 1840-cı il mayın 6-da ilk dəfə olaraq üzərinə pul şəkli (1 penni) təsvir olunmuş poçt markası rəsmi şəkildə İngiltərədə məktubların üzərinə vurulmaqla poçt ödəniş nişanı kimi istifadə edilməyə başlanıb.