İqtisadiyyat

Azərbaycanda sığorta məsələləri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün komissiya yaradılıb

Metbuat.az

[ 08 Aprel 2015 11:56 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən sığorta məsələləri ilə bağlı vətəndaşlardan daxil olan müraciətlərə baxılması üçün komissiya yaradılıb.

Xidmətdən “APA-Economics”ə verilən məlumata görə, sığorta məsələləri ilə bağlı vətəndaşlardan daxil olan müraciətlərə, o cümlədən təklif, ərizə və şikayətlərə baxılması üzrə işlərin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsini təmin etmək məqsədilə qurumun əmri ilə yaradılmış komissiya tərəfindən hər həftənin çərşənbə günü (3-cü günü) saat 15:00-dan 17:00-dək xidmətin yerləşdiyi Bakı şəhəri, Səməd Vurğun küçəsi 135 ünvanında vətəndaşların müraciətlərinə baxılacaq.

Komissiya aprelin 6-da yaradılıb.