İqtisadiyyat

Azərbaycanda sığorta bazarının 69 faizi könüllü formalaşıb

Metbuat.az

Bakı, 15 aprel,

AZƏRTAC

2015-ci ilin yanvar-mart aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 69,1 faizi və ya 93,1 milyon manatı könüllü sığorta növlərinin payına düşüb.


Azərbaycan Sığortaçılar Assosiasiyasından

AZƏRTAC

-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz çoxdur.


İcbarı sığorta növlərində yığımlar isə 41,7 milyon manat və ya bazarın 30,9 faizini təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 35,4 faiz böyüyüb.


3 ay ərzində ümumi ödənişlərin 72,5 faizi və ya 25,9 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 30,5 faiz artıb.


İcbarı sığorta növləri üzrə ödənişlər isə 9,8 milyon manat və ya ümumi bazarın 27,5 faizini təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 12,9 faiz çoxdur.


Hesabat dövründə könüllü sığortadan toplanılmış hər 100 manat sığorta haqqının müqabilində 27,8 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu göstərici 22,8 manat olub. İcbarı sığorta üzrə toplanmış hər 100 manat üzrə ödəniş isə 28,3 manatdan 23,6 manata düşüb.