Texnologiya

Azərbaycanda I rübdə 43 ədəd qanunsuz radioelektron vasitə aşkarlanıb

Metbuat.az

Nazirlikdən "Report"a verilən məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 43 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb. Onlardan 5 ədədi möhürlənib və 38 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.


Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 5 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyatı rayon məhkəmələrinə müraciətlər edilib.