İqtisadiyyat

Azərbaycanda dolların ucuzlaşması, avronun bahalaşması davam edir

Metbuat.az

[ 16 Aprel 2015 09:25 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün aprelin 15-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bir qədər zəifləyib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 16-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0004 manat və ya 0,04% ucuzlaşaraq 1,0507 manat səviyyəsində qərarlaşıb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0077 manat və ya 0,69% bahalaşaraq 1,1244 manat olub.