İqtisadiyyat
Azərbaycanda bu ilin birinci rübündə informasiya və rabitə xidmətlərindən 380 milyon manat gəlir əldə edilib
Bakı, 15 aprel,
AZƏRTACAzərbaycanda bu ilin birinci rübü ərzində informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin həcmi 9,3 faiz artıb.
Dövlət Statistika Komitəsindən
AZƏRTAC-a bildirilib ki, ölkədə ilin ilk üç ayında 379,4 milyon manatlıq informasiya və rabitə xidməti göstərilib. İnformasiya və rabitə müəssisələrinin göstərdikləri xidmətlərin ümumi həcmində əhalinin payına 72,4 faiz düşüb. Rüb ərzində xidmətlərdən əldə olunmuş gəlirin 54,3 faizi mobil rabitə xidmətlərinin göstərilməsindən əldə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 0,5 faiz artaraq 206,2 milyon manat təşkil edib.