İqtisadiyyat

Azərbaycanda bu il “Tier III” səviyyəli regional Data Mərkəzi istifadəyə veriləcək

Metbuat.az

Bakı, 11 aprel,

AZƏRTAC

May-iyun aylarında test olunması nəzərdə tutulan “Tier III” səviyyəli regional Data Mərkəzinin bu il istifadəyə veriləcəyi gözlənilir.


AZƏRTAC

xəbər verir ki, bu barədə məlumat verən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin nümayəndəsi Məzahim Quliyev dünya səviyyəsində tanınan “Tier III” səviyyəli regional Data Mərkəzinin ölkə üçün iqtisadi və beynəlxalq əhəmiyyətə malik olduğunu qeyd edib. Mərkəz yerli və beynəlxalq biznes sektorların əməkdaşlığında yeni dövr açacaq.


M.Quliyevin sözlərinə görə, ABŞ-ın “Uptime” İnstitutunun nümayəndələri sertifikatlaşdırma mərhələsini yerinə yetirdikdən sonra Data Mərkəz istismara veriləcək. Dünyanın ən iri informasiya texnologiyaları şirkətləri “Google”, “Facebook” artıq Data Mərkəzlə əməkdaşlıq edəcəyini bildirib.


Qeyd edək ki, Data Mərkəzin yaradılması BMT-nin İnkişaf Proqramı çərçivəsində həyata keçirilir.