Azərbaycanda Beynəlxalq Audit Standartlarının tətbiqi vacibdir
Bakı, 3 aprel,
AZƏRTACAuditorlar Palatasında “315 saylı (düzəliş edilmiş) BAS (Beynəlxalq Audit Standartları): İqtisadi subyekt və onun mühitinin öyrənilməsi əsasında əhəmiyyətli təhriflər riskinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi” və “ 320 saylı BAS: Auditin planlaşdırılmasında və həyata keçirilməsində əhəmiyyətlilik” mövzularında seminar keçirilib.
Palatadan
AZƏRTAC-a bildiriblər ki, Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov Azərbaycanda Beynəlxalq Audit Standartlarının tətbiqinin vacibliyindən danışıb, bu standartlara edilmiş əlavə və dəyişikliklərin müntəzəm olaraq diqqətə çatdırılacağını qeyd edib.
Sonra seminarda “315 saylı (düzəliş edilmiş) BAS: İqtisadi subyekt və onun mühitinin öyrənilməsi əsasında əhəmiyyətli təhriflər riskinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi” və “ 320 saylı BAS: Auditin planlaşdırılmasında və həyata keçirilməsində əhəmiyyətlilik” mövzularında məruzələr dinlənilib.
Beynəlxalq Audit Standartlarının tətbiqinə dair “330 saylı BAS: Qiymətləndirilmiş risklərə qarşı auditorların cavab tədbirləri” və “402 saylı BAS: Xidmət təşkilatının xidmətindən istifadə edən iqtisadi subyektin auditi üzrə mülahizələr” mövzularında növbəti seminar aprelin 17-də Auditorlar Palatasında keçiriləcək.