İqtisadiyyat
Azərbaycanda banklar tərəfindən 2,622 min ədəd bankomat quraşdırılıb
Bakı, 16 aprel,
AZƏRTAC
Bu il martın 1-nə ölkədə banklar tərəfindən 2,622 min ədəd bankomat quraşdırılıb.
Mərkəzi Bankdan
AZƏRTAC-a bildiriblər ki, bunun 1,477 min ədədi Bakıda, 1,145 min ədədi isə regionlarda fəaliyyət göstərir.
Eyni zamanda, hesabat dövründə 77,041 min ədəd POS-terminal quraşdırılıb ki, bunun 50,387 min ədədi Bakıda, 26,654 min ədədi isə regionlardadır. Pərakəndə ticarət obyektlərində 75,816 min ədəd POS-terminal quraşdırılıb.