İqtisadiyyat

​Azərbaycanda bank əmanətləri 11% artıb

Metbuat.az

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu artım əsasən dollarda olan bank əmanətlərinin devalvasiya nəticəsində manat ekvivalentində dəyərinin artması ilə bağlıdır.


Bununla yanaşı, hesabat ayında bank sektorunun məcmu kapitalı 43,7 mln. manat və ya 1% azalaraq 4 281,8 mln. manat təşkil edib. Məcmu kapitalının azalması bankların devalvasiya zamanı (məzənnə fərqindən) üzləşdiyi zərərin kapital vəsaitlərindən istifadə edərək kompensasiya etməsi ilə bağlıdır.