Texnologiya

Azərbaycanda 31 minə yaxın elektron imza verilib

Metbuat.az

Azərbaycanda aprelin 1-dək əldə olunan elektron imzaların ümumi sayı 30 704-ə çatıb.


 


“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, “Elektron hökumət” bülleteninin aprel buraxılışında əksini tapıb.


 


Dövlət qurumlarına verilən e-imza sertifikatlarının sayı 18029 ədəd təşkil edib.


 


Hüquqi şəxslərə 5367, vətəndaşlara isə 7308 elektron imza sertifikatı verilib.


 


CAHANGİR