İqtisadiyyat

Azərbaycana bəzi növ avtomobillərin idxalı çətinləşəcək

Metbuat.az

Azərbaycana Avro-4 ekoloji standartına uyğun olmayan avtomobil gətirən şəxslərə qarşı müvafiq tədbirlər görüləcək.

Trend

-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri

Aydın Əliyev

deyib.



Onun sözlərinə əsasən, bəzi şəxslər belə avtomobilləri Azərbaycana gətirir və onların qanunsuz satışı ilə məşğul olurlar: "Bu avtomobillərdən bəziləri hətta digər öləkələrdə qeydiyyatdan çıxarılmayıb. Bu şəxslərə qarşı müvafiq tədbirlər görülür".



DGK sədri qeyd edib ki, Azərbaycana bu avtomobillərin ehtiyat hissələrinin idxalının qarşısının alınması üzrə də addımlar atılır: "Bu avtomobillər üçün ehtiyat hissələri gətirən şəxslərə qarşı da müvafiq tədbirlər görülür".



O əlavə edib ki, bu ilin ilk iki ayında Azərbaycana nəqliyat vasitələrinin idxalı azalıb.



Milli.Az