İqtisadiyyat
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yedək əməliyyatı həyata keçirib
Bakı, 18 aprel,
AZƏRTAC“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti növbəti uğurlu yedək əməliyyatı həyata keçirib.
QSC-dən
AZƏRTAC-a bildiriblər ki, Sinqapurun “Ezion Exerter Limited” şirkətinə məxsus, çəkisi 12 min ton, hündürlüyü isə 130 metr olan yarım dalma qurğusu cəmiyyətin 5 gəmisi vasitəsi ilə yedək edilib. Texniki baxımdan mürəkkəb olsa da buruq Bakı buxtasından çıxarılaraq əsas yedək gəmilər olan – “Andoga” və “Om” vasitəsi ilə peşəkarlıqla təyin olunan koordinatlara çatdırılıb. Əməliyyat zamanı daha 3 liman yedək gəmisinin köməyindən istifadə edilib. Hazırda isə yarım dalma qurğusunun tənzimlənməsi işləri aparılır.