İqtisadiyyat

​"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin idarələri ləğv edilib

Metbuat.az

Bakı. 7 aprel. REPORT.AZ/ "

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi

" QSC-də struktur dəyişiklikləri edilib. "Report"un əldə etdiyi məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə qurumun Mənzil Kommunal Təsərrüfat İdarələri (MMTİ) ləvğ edilib.


Qərar əsasında ləvğ edilən MMTİ-lər Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına verilib.


Qeyd edək ki, Mənzil Kommunal Təsərrüfat İdarələrinin ləvğ olunması nəticəsində idarənin əməkdaşları işsiz qalıblar.


"

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi

" QSC-nin İnzibati işlər və ictimaiyyətlə əlaqələr Departamenti bu məsələni şərh edərkən bildirib ki, həmin idarələr artıq qurumun balansında olmadığına görə, əməkdaşları da işdən ayrılıblar: "Bəziləri imkan daxilində daxili yerlərdə yerləşdirilib. Amma digərləri kənarda qalıb".


Məlumata görə, MMTİ-lərin ləvği nəticəsində 30-dan çox işçi işsiz qalıb.