İqtisadiyyat

Azərbaycan və Pakistan ticarətin inkişafı üzrə işçi şurası yaradacaqlar

Metbuat.az
Azərbaycan və Pakistan ticarətin inkişafı üzrə birgə işçi şurası yaradacaqlar
Trend

-in "The Express Tribune" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Pakistanın Ticarət-Sənaye Palatasının vitse-prezidenti

Məhəmməd Vəsim Vohra

deyib.



Onun sözlərinə görə, Azərbaycanla ikitərəfli ticarətin inkişafı üçün böyük potensial mövcuddur: "Bu, xüsusilə də düyü, tekstil ticarəti, plastik, kimyəvi maddələr və kənd təsərrüfatı məhsullarının ticarətinə aiddir".



Bu yaxınlarda M.V.Vohranın Azərbaycana səfəri zamanı iki ölkənin ticarət-sənaye palatası anlaşma memorandumu imzalayıblar.



O əlavə edib ki, Pakistan hökuməti Azərbaycanla əməkdaşlığa böyük önəm verir: "Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana səfəri zamanı onu müşayiət edən nümayəndə heyəti üzvlərinin sayı bunun bariz nümunəsidir".



Milli.Az