Ölkə

Azərbaycan Universitetinin tələbələri üçün “InvestAZ” şirkətinə infotur təşkil edilib

Metbuat.az

Bakı, 9 aprel,

AZƏRTAC

Azərbaycan Universitetində təhsil alan tələbələr üçün “InvestAZ” şirkətinə infotur təşkil edilib.


Universitetdən

AZƏRTAC

-a bildiriblər ki, infoturda iqtisadiyyatyönümlü ixtisaslar üzrə təhsil alan 15 tələbə iştirak edib. Tələbələr şirkətin fəaliyyəti ilə tanış olub, mütəxəssislər tərəfindən xüsusi hazırlanan ödənişsiz başlanğıc seminarda iştirak ediblər. Təlimçi Samir Əsədov iştirakçıları maliyyə bazarlarının əsas imkan və anlayışları, investisiya alətləri ilə tanış edib. Seminarda tələbələrə tədris proqramları, şirkətin təklif etdiyi proqram və platformalar barədə də məlumat verilib.


İnfoturun təşkilatçısı Azərbaycan Universiteti Biznes Məktəbinin tərkibində fəaliyyət göstərən "Student & Business World" tələbə klubudur. Klub tərəfindən əsasən yuxarı kurs tələbələrinin iş həyatına hazırlanması və karyeralarının uğurlu planlaşdırılmasına töhfə verəcək layihələr həyata keçirilir.