İqtisadiyyat
https://www.youtube.com/watch?v=WEA3uShlfos
https://www.youtube.com/watch?v=TDyhjHi6Qm8
Azərbaycan turizminə həsr olunan yeni reklam çarxları hazırlanıb
Bakı, 11 aprel,
AZƏRTACAzərbaycan regionlarının tanıdılması, ölkədaxili turist səfərlərinin artırılması, xüsusilə paytaxt sakinlərinin istirahətinin təşkili zamanı turizm imkanları geniş olan regionlardan istifadəsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə yeni 45 saniyəlik iki reklam çarxı hazırlanıb.
Nazirlikdən
AZƏRTAC-a bildirilib ki, reklam çarxları ölkəmizi tanımaq və bölgələrimizə səfər etmək şüarı ilə hazırlanıb. Bu reklam çarxlarının Azərbaycan televiziya kanallarında, müxtəlif sosial şəbəkələrdə yayımlanmasına artıq start verilib.
Reklam çarxlarını aşağıdakı linklər vasitəsilə izləmək mümkündür:
https://www.youtube.com/watch?v=WEA3uShlfos
https://www.youtube.com/watch?v=TDyhjHi6Qm8