Azərbaycan-Tatarıstan əlaqələri uğurla inkişaf edir
Bakı, 14 aprel,
AZƏRTAC
Strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Rusiya əlaqələri uğurla inkişaf edir, bu əməkdaşlıq Rusiya Federasiyasının federal subyektləri ilə də həyata keçirilir.
Bu fikir Bakı Biznes Mərkəzində Rusiya Federasiyasının Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun və Azərbaycan Respublikasının Baş nazırinin birinci müavini Yaqub Eyyubovun iştirakı ilə təşkil edilən Azərbaycan-Rusiya işgüzar görüşündə səsləndirilib.
AZƏRTAC
xəbər verir ki, tədbirdə işgüzar dairələrin iştirakı ilə keçirilən bu görüşün Azərbaycanla RF Tatarıstan Respublikası arasında iqtisadi əlaqələrin daha da genişlənməsi baxımından əhəmiyyətli olacağı bildirilib.
İşgüzar görüşdə iştirak edən Azərbaycan və Tatarıstan şirkətləri fəaliyyətləri barədə məlumat verib, iş adamları arasında əməkdaşlığın genişləndirilməsi və yeni əlaqələrin qurulması məsələləri müzakirə olunub.