Texnologiya

Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilib

Metbuat.az
Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının Əsasnaməsi"nin təsdiq edilməsi  haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 sentyabr tarixli 628 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:



1. Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyası aşağıdakı tərkibdə müəyyən edilsin:


 


Komissiyanın sədri

 


İlham Əliyev   -           Azərbaycan Respublikasının  Prezidenti


 


Komissiyanın üzvləri

 


Artur Rasi-zadə          -           Azərbaycan Respublikasının Baş naziri


Ramiz Mehdiyev        -           Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri


Elçin Əfəndiyev         -           Azərbaycan Respublikası Baş nazirinin müavini


Akif Əli Zadə -                       Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti


Mehriban Əliyeva       -           Heydər Əliyev Fondunun prezidenti


Əbülfəs Qarayev        -           Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri


Mikayıl Cabbarov       -           Azərbaycan Respublikasının təhsil naziri


Oqtay Şirəliyev          -        Azərbaycan Respublikasının səhiyyə naziri


Əli Abbasov   -                   Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri


Hüseynqulu  Bağırov -          Azərbaycan Respublikasının  ekologiya və təbii sərvətlər naziri


Kamal Abdullayev     -         Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri


Fatma Abdullazadə    -         Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri


Xoşbəxt Yusifzadə    -           Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti


Ağamusa Axundov    -          Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü


Anar Rzayev   -                   Azərbaycan Yazıçılar Birliyinin sədri


Fərhad Xəlilov           -        Azərbaycan Rəssamlar İttifaqının sədri


Firəngiz Əlizadə         -        Azərbaycan Bəstəkarlar İttifaqının sədri


Şəfiqə Məmmədova   -        Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri


Azərpaşa Nemətov     -       Azərbaycan Teatr Xadimləri İttifaqının sədri


Elbay Qasımzadə       -       Azərbaycan Memarlar İttifaqının sədri


Tahir Salahov              -    xalq rəssamı


Arif Məlikov               -     xalq artisti


Ömər Eldarov             -     xalq rəssamı


Eldar Quliyev             -     Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının prezidenti


 


2. "Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının tərkibinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 noyabr tarixli 651 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2007, №11, maddə 1099; 2014, №9, maddə 1027) ləğv edilsin.


3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.


 


İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 


Bakı şəhəri, 8 aprel  2015-ci il