İqtisadiyyat

Azərbaycan Respublikası Asiya İnfrastruktur İnkişaf Bankının təsisçi üzvü olmaq niyyətindədir

Metbuat.az

Bakı, 3 aprel,

AZƏRTAC

Martın 31-də Maliyyə Nazirliyi Azərbaycan Respublikası hökumətinin Çin Xalq Respublikası hökumətinin Asiya İnfrastruktur İnkişaf Bankının yaradılması səylərinə dəstəyini Çinin Maliyyə Nazirliyinə bildirib.


Maliyyə Nazirliyinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, Azərbaycan Respublikası Asiya regionunun infrastruktur inkişafının artmaqda olan maliyyə ehtiyaclarının təmin edilməsi məqsədilə yaradılacaq yeni maliyyə institutunun təsisçi üzvü olmaq marağını ifadə edib.