Ölkə
Azərbaycan prezidenti Rusiyanın “Rostex” Dövlət Korporasiyasının baş direktorunu qəbul edib
[ 20 Aprel 2015 16:44 ]
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev aprelin 20-də Rusiyanın “Rostex” Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, S. Çemezov rəhbərlik etdiyi “Rostex” Dövlət Korporasiyasında aparılan struktur islahatları və həyata keçirilən işlər barədə məlumat verib.
Görüşdə Azərbaycanla Rusiya arasında əlaqələrin çox yüksək səviyyədə olduğu bildirilib, müdafiə sənayesi, maşınqayırma, yüksək texnologiyalar, əczaçılıq və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.