İqtisadiyyat

Azərbaycan prezidenti Lənkəranda yol təmirinə 4 milyon manat ayırıb

Metbuat.az

[ 14 Aprel 2015 19:03 ]


Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədi ilə Lənkəran Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 4 milyon manat ayrılıb.


Maliyyə Nazirliyinə isə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.