Ölkə

Azərbaycan parlamentinin deputatları Səudiyyə Ərəbistanına gedir

Metbuat.az

[ 10 Aprel 2015 16:54 ]


Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin deputatları Fəttah Heydərov, Bəxtiyar Əliyev, Mahir Aslanov və Qalib Salahzadə aprelin 11-dən 17-dək Səudiyyə Ərəbistanı Krallığında səfərdə olacaqlar.

Parlamentdən APA-ya verilən məlumata görə, Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun dəvəti ilə həyata keçiriləcək səfər çərçivəsində bu ölkənin parlament rəhbərliyi, parlamentlərarası dostluq qrupunun üzvləri, Ticarət və Sənaye Nazirliyinin məsul şəxsləri, Ər-riyad şəhərinin qubernatoru, Elm və texnologiyalar şəhərciyinin elm xadimləri və digər şəxslərlə görüşlər nəzərdə tutulub.

Keçiriləcək görüşlərdə parlamentlərarası münasibətlərin inkişafı, mədəniyyət, elm və texnologiyalar sahələrində əməkdaşlıq barədə müzakirələr aparılacaq.