İqtisadiyyat

​Azərbaycan parlamenti yeni neft-qaz sazişinin ratifikasiyasına hazırlaşır

Metbuat.az

"Report"un verdiyi xəbərə görə, müzakirələr zamanı qeyd olunub ki, bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir.Habelə, bu qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.


Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.


Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir.


Müzakirələrdə çıxış edən millət vəkili

Zahid Oruc

bildirib ki, Azərbaycanda neft-qaz resurslarının işlənməsi üçün qanun qəbul edilməlidir. Müzakirələrdə bildirib ki, belə qanunların qəbulu zaman tələb edir.