Azərbaycan parlamenti Elman Rüstəmovun yenidən Mərkəzi Bankın rəhbərliyinə namizədliyini ilkin olaraq təsdiq edib
"Report! xəbər verir ki, iclasda iştirak edən AMB sədri E.Rüstəmov yenidən namizədliyini parlamentə təqdim edən prezidentə və bu rəyi təsdiqləyən parlamentə minnətdarlığını bildirib. O, öz fəaliyyəti haqqında məlumat verərək fəaliyyəti dövründə artıq bank qanunvericiliyinə 3 dəfə dəyişiklik edildiyini, onun Avropa İttifaqı ölkələrinə tövsiyyə edilən qanunlara cavab verdiyini xatırladıb.
E.Rüstəmov cəmi 10 mln. dollar valyuta ehtiyatı ilə adambaşı isə 1 dollarla valyuta ehtiyatı ilə fəaliyyətə başladıqlarını və hazırda AMB-nin valyuta ehtiyatlarının adambaşına 1 mln. dollar, dövlətin ümumi ehtiyatlarının adambaşına 5 mln. dollar olduğunu qeyd edib.
AMB sədri Azərbaycanda sıfırdan, hətta mənfidən başlayaraq müasir əlamətlərə malik bank sisteminin qurulduğunu deyib: "Əlbəttə, mən tam müasir bank sistemi demirəm, çünki hələ bank sistemində ciddi təkmilləşmələr aparmağa ehtiyac var. Müasir bank sistemi bizim üçün hədəfdir və biz buna doğru gedirik".
Bundan başqa, Komitənin iclasında Xəqani Abdullayevin də AMB-nin İdarə Heyətininin üzvü vəzifəsinə namizədliyi müzakirə edilib.