İqtisadiyyat
Azərbaycan neftinin qiyməti 65 dollara çatıb
[ 20 Aprel 2015 10:29 ]
Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan neftinin bahalaşması davam edir.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında ötən həftə keçirilmiş hərraclarda “AzerLight” markalı neftin bir barelinin qiyməti 2,15% və ya 1,36 dollar artaraq 64,61 dollar olub.