İqtisadiyyat

​Azərbaycan nefti yenidən bahalaşıb

Metbuat.az

Bakı. 2 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 1‚51 dollar yaxud 2‚65% bahalaşıb. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (

SOCAR

) məlumat verilib.


Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 58‚47 dollara bərabərdir.


Xatırladaq ki, ötən həftənin sonunda Azərbaycan neftinin qiyməti 59‚56 dollar/barel, dünən isə bu rəqəm 56‚96 dollar/barel olub.