İqtisadiyyat

​Azərbaycan nefti ucuzlaşıb

Metbuat.az

Bakı. 21 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,75 dollar yaxud 1,16% ucuzlaşıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (

SOCAR

) məlumat verilib.


Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 63,86 dollara bərabərdir.


Amma ötən həftənin cümə günü Azərbaycan neftinin qiyməti 63,25, dünən isə 64,61 dollar/barel olub.


Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.