İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
Bakı. 9 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 1,22 dollar, yaxud 2,02% aşağı düşüb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (
SOCAR) məlumat verilib.
Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 59,21 dollara bərabərdir.
Dünən Azərbaycan neftinin qiyməti 60‚43 dollar/barel olub.
Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.