İqtisadiyyat

​Azərbaycan nefti ucuzlaşıb

Metbuat.az

Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 1‚46 dollar yaxud 2‚50% enib. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (

SOCAR

) məlumat verilib.


Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 57‚01 dollara bərabərdir.


Ötən həftənin sonunda Azərbaycan neftinin qiyməti 59‚56 dollar/barel, dünən isə bu rəqəm 58‚47 dollar/barel olub.


Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.