İqtisadiyyat

Azərbaycan martda elektrik enerjisi ixracını 60% artırıb

Metbuat.az

Bakı. 20 aprel. REPORT.AZ/ Cari ilin mart ayı ərzində sayğac göstəricilərinə əsasən, Azərbaycandan 89,690 mln. kVt/saat elektrik enerjisi ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 59,7% artıqdır.


"Report"un

Dövlət Gömrük Komitəsi

nə istinadən verdiyi xəbərə görə, bu müddətdə gömrük bəyannamələri əsasında isə ixrac edilən elektrik enerjisinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 46% azalaraq 101,671 mln. kVt/saata bərabər olub.


Məlumata əsasən, mart ayında həyata keçirilən elektrik enerji satışı 6 107,8 min ABŞ dolları dəyərində olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,6% azdır.