İqtisadiyyat

Azərbaycan manatı Gürcüstanda mövqeyini möhkəmləndirir

Metbuat.az

Tbilisi, 7 aprel,

AZƏRTAC

Azərbaycan manatı Gürcüstanda dövriyyədə olan xarici valyutalar sırasında mövqeyini bir qədər də möhkəmləndirib.


Gürcüstan Milli Bankının məlumatına görə aprelin 7-də bir Azərbaycan manatının məzənnəsi 2,1552 lari (GEL) müəyyən olunub.


Xarici valyutalar arasında ABŞ dolları, İngiltərə funtsterlinqi və avronun da məzənnəsi xeyli artıb.


Milli Bankın məzənnəsinə əsasən aprelin 7-də, 1 ABŞ dolları -2,2505 GEL, 1 avro - 2,4722 GEL, 1 funtsterlinq isə - 3,3636 GEL, 1 Türkiyə lirəsi - 0,8763 GEL, 100 Rusiya rublu – 3,9934 GEL müəyyən olunub.


Qeyd edək ki, Gürcüstan milli valyutasının qiymətdən düşməsi ölkədə bir sıra ərzaq və digər istehlak qiymətlərinin artmasına səbəb olub.


Xətayi Əzizov
AZƏRTAC-ın müxbiri
Tbilisi