Azərbaycan "KamAZ" istehsalına başladı
Gəncə Avtomobil Zavodunda yığılan “KamAZ” markalı ilk yük maşınının konveyerdən çıxarılması münasibətilə mərasim keçirilib. Kəpəz TV-nin (Region TV) məlumatına görə, tədbirdə Tatarıstan prezidenti
Rüstəm Minnixanov, Azərbaycanın nəqliyyat naziri
Ziya Məmmədov, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri
Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri
Vladimir Doroxinvə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
Elmar Vəliyeviştirak edirlər.
“Gəncə Avtomobil zavodu” İstehsalat Birliyi (İB) və KAMAZ (“Kama Avtomobil Zavodu”) ASC arasında Azərbaycanda “KamAZ” avtomobillərinin yığılması və üçüncü ölkəyə satışı üzrə fevralda imzalanmış rəsmi distribütor sazişinə əsasən, Gəncə Avtomobil Zavodunda ildə 1500 “KamAZ”-ın yığılması planlaşdırılır. Bu məqsədlə yeni yığım xətti quraşdırılıb. Sazişə əsasən, ilkin mərhələdə 31 müxtəlif modelli “KamAZ”-ın istehsalı planlaşdırılır.
Milli.Az