İqtisadiyyat

Azərbaycan İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Metbuat.az

Bakı, 1 aprel,

AZƏRTAC

Aprelin 1-də Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 5 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.


Hərracda 1 birja üzvü iştirak edib. Sifarişin ümumi məbləği nominal üzrə 5 milyon manat olub. Sifariş 100,6500 faiz qiymətdə təqdim edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 milyon manat məbləğində müəyyənləşdirilib. İstiqraz vərəqələri 2024-cü il noyabrın 21-də ödəniləcək.