“Azərbaycan İpoteka Fondu”nun istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır
Bakı, 22 aprel,
AZƏRTAC
Aprelin 24-də Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu”nun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə ilk hərrac keçiriləcək.
BFB-dən
AZƏRTAC-a bildiriblər ki, hərraca 3 min manat həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsilə keçiriləcək. İstiqrazlar 2024-cü il noyabrın 21-də ödəniləcək. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Respublikası Mərkəzi Bankıdır.
AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.