İqtisadiyyat

Azərbaycan ilə Qırğızıstan arasında əmtəə dövriyyəsi 1,5 dəfə artıb

Metbuat.az

Bakı, 4 aprel,

AZƏRTAC

Azərbaycan liə Qırğızıstan arasında əmtəə dövriyyəsi 1,5 dəfə artıb.

AZƏRTAC

Qırğızıstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə MDB-nin iştirakçısı olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Bişkekdə keçirilən iclasında məlumat verilib.


Qırğızıstan İqtisadiyyat Nazirliyinin məlumatına görə, iki ölkə arasında əmtəə dövriyyəsi 2013-cü ildə 15,8 milyon dollar, 2014-cü ildə isə 24,3 milyon dollar təşkil edib.


Tədbirdə deyilib: “Ötən il Azərbaycana ixracın həcmi 3,7 milyon dollar, Azərbaycandan idxalın həcmi isə20,6 milyon dollar təşkil edib”.


2012-ci ildə Azərbaycandan Qırğızıstan iqtisadiyyatına 39,9 min dollar, 2013-cü ildə isə 17,1 min dollar sərmayə yatırılıb.