İqtisadiyyat
Azərbaycan Hava Yolları may ayında Barselonaya uçuşlar həyata keçirəcək
Bakı, 1 aprel, Gülnar Bəşirova,
AZƏRTAC“Azərbaycan Hava Yolları” QSC mayın 20-dən etibarən İspaniyanın paytaxtı Barselonaya uçuşlara başlayacaq.
QSC-nin prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli
AZƏRTAC-a bildirib ki, Barselonaya uçuş həftədə 1 dəfə olacaq.
Xidmət rəisi onu da xatırladıb ki, mayın 2-dən etibarən isə Bakı-Berlin-Bakı istiqamətində aviareyslərin yerinə yetirilməsinə başlanılacaq.