İqtisadiyyat
“Azərbaycan Hava Yolları” hava gəmisində öncədən yerin seçilməsi proqramının tətbiqinə başlayır
Bakı, 14 aprel,
AZƏRTAC“Azərbaycan Hava Yolları” QSC Bakı-Nyu-York, Nyu-York-Bakı istiqamətindəki J2 101/102 saylı müntəzəm uçuşlarda hava gəmisində öncədən yerin seçilməsi proqramının (ASR- Advance Seat Reservation) tətbiqinə başlayır.
Bu barədə
AZƏRTAC-a “Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.
İndi, Bakı-Nyu-York, Nyu-York-Bakı istiqamətindəki J2 101/102 saylı uçuşun hər bir sərnişini aviabilet əldə edərkən (və ya bronlaşdırma zamanı) hava gəmisində konkret yeri seçə bilər.
Daha ətraflı məlumat almaq və aviabiletlərin bronlaşdırılması üçün Çağırış Mərkəzinə müraciət etmək olar. +(99412) 598-88-80 *8880 e-mail: callcenter@swtravel.az