İqtisadiyyat

“Azərbaycan Hava Yolları” Bakı-İstanbul/Sabiha Gökçen-Bakı istiqamətindəki uçuşlarında aksiyaya başlayıb

Metbuat.az


Bakı, 21 aprel,

AZƏRTAC

“Azərbaycan Hava Yolları” QSC Bakı-İstanbul/Sabiha Gökçen-Bakı istiqamətindəki uçuşlarında xüsusi aksiyaya başlayıb.


“Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli

AZƏRTAC

-a bildirib ki, biletlərin satış müddəti və uçuş mayın 24-nə kimidir.


Məhərrəm Səfərli onu da qeyd edib ki, aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Səfər müddəti 1 ay təşkil edə bilər. Bu siniflər üzrə mile-ballar hesaba əlavə olunmur. Qiymətə yığımlar və rüsumlar da daxildir.


Daha ətraflı məlumat almaq və aviabiletlərin bronlaşdırıması üçün Çağırış Mərkəzinə müraciət etmək olar: +(99412) 598-88-80 *8880