İqtisadiyyat
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşları sırasında ikinci yerdədir
Tbilisi, 22 aprel,
AZƏRTACAzərbaycan cari ilin yanvar-mart aylarında Gürcüstanın əsas xarici ticarət tərəfdaşları sırasında ikinci yerdə olub.
Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə cari ilin ilk üç ayında Azərbaycandan bu ölkəyə 214, 2 milyon ABŞ dolları həcmində mal ixrac olunub. Bu, Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin 9,4 faizi deməkdir.
Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında Türkiyə 361 milyon (Gürcüstanın ümumi ticarət dövriyyəsinin 15,8 faizi) dollarla birinci, Çin Xalq Respublikası isə 192,2 milyon dollarla (8,4 faiz) üçüncü yerdədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi